Noy 13, 2018 19:18 Asia/Baku
  • Milli məhsulu himayə üçün Almaniyada milli əhval-ruhiyyə
    Milli məhsulu himayə üçün Almaniyada milli əhval-ruhiyyə

İki dünya savaşını arxada qoymuş Almaniya əgər xalq dəstəyinə və milli əhval-ruhiyyəyə malik olmasaydı, qəti şəkildə onun iqtisadiyyatı dünyanın beş üstün iqtisadiyyatı sırasında durmazdı.

Almaniya iqtisadiyyatda Avropa qitəsinin lokomotivi kimi tanınır. Bir trilyard avrodan yuxarı ixracatla. İki faizdən yuxarı illik iqtisadi inkişafla. Bu, daim 45 milyon nəfər üçün iş yeri deməkdir. Bu sıçrayışlı inkişafın bir çox dəlili var. Özü də İki dünya müharibəsində dağıntılarla üzləşən bir ölkədə. 

Amma xalqın öz ölkəsinin iqtisadiyyatına olan baxışını nəzərdən qaçırmaq olmaz. Elə bir halda ki, müasir iqtisadiyyatda həddi-hüdudlar demək olar ki, aradan götürülüb və məhsulun satın alınması üzrə meyar, əvvəlkindən fərqlidir.

Kişi: Adam o həddə qədər məhsul almalıdır kİ, həmin məhsulun keyfiyyəti ilə qiyməti arasında yaxşı bir tənasüb olmuş olsun.

Kişi: Bu gün məhsulları beynəlxalq şirkətlər istehsal edirlər. Bir növ iş bölgüsü müşahidə olunur.

Bu reallığı nəzərə alaraq, bu şəxslər üçün belə bir fərziyyə irəli sürəsən ki; Əgər sənin ölkənin iqtisadi həyatı və məşğulluğu sənin alqı növündən və seçimindən asılı olsaydı, hansı məhsulu alardın?

Əksər hallarda bu cavabı eşidirsən.

Kişi: Mütləq ölkəm Almaniynın istehsalını himayə edərəm.

Qadın: Əlbəttə ki, mən alman məhsulunu alaram.

İqtisadiyyata dəstəyin ən sadə növü- yəni hər gün özünə bu sualı verəsən ki, mən alqı zamanı öz seçimimlə ölkəmin iqtisadiyyatına hansı köməyi edə bilərəm?

Kişi: Biz Almaniyada dünyaya gəlmişik və bu ölkənin bütün məsələlərinə sadiq qalmalıyıq.

Kişi: Alman məhsulunu seçməklə ölkəmizin iş fürsətlərini qoruya bilərik.

Belə bir əhval-ruhiyyəyə malik olmaq, güclü bir iqtisadiyyata dayaq olmaq deməkdir.