Noy 14, 2018 10:00 Asia/Baku
  • BMT Yəməndə müharibənin dayandırılmasına çağırıb
    BMT Yəməndə müharibənin dayandırılmasına çağırıb

Birləşmiş Millətlər Təşkilatının baş katibinin xüsusi nümayəndəsi dünən gecə bir bəyanatda Yəməndə xüsusiylə də Əl-Hədidə şəhərində müharibənin dayandırılmasına çağırıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Martin Qrifits deyib: Yəməndə müharibənin dayandırılması bu ölkə xalqının ağrı-acılarının azalması üçün əsas əhəmiyyətə malikdir. 

BMT baş katinin xüsusi nümayəndəsi təmsil etdiyi təşkilatın Yəməndə danışıqlara start verilməsi üçün hazır olduğunu deyib. 

BMT baş katibinin müavini Mark Lukok da dünən Əl-Hədidə şəhərində atəşkəsin bərqərar edilməsinə çağırıb. 

Öncə də BMT baş katibi Antonio Quterreş Yəmən üçün əsas rola malik olan Əl-Hədidə limanının dağıdılması barədə xəbərdarlıq edərək bildirmişdi ki, bu limanın dağıdılması faciəli durumla nəticələnə bilər.