Noy 14, 2018 13:28 Asia/Baku
  • Conson Brixit üzrə ilkin razılaşmaya etiraz edib
    Conson Brixit üzrə ilkin razılaşmaya etiraz edib

Britaniyanın keçmiş xarici işlər naziri Brixin barədə London ilə Avropa Birliyi arasında əldə olunmuş razılaşmanın ilkin mətninə kəskin etiraz edib.

PTN-in verdiyi məlumata görə, Britaniyanın AB-dən çıxmasının tərəfdarı olan simalar sırasında duran Boris Canson dünən AB ilə Britaniya arasında Britaniyanın bu birlikdən çıxmasına dair yekun razılaşmanın ilkin mətnini kəskin qınayıb və deyib: Bu razılaşmanın ilklin mətni hazırlanmalı olan ən pis mətndir. Bu razılaşmaya görə, biz hələ də AB qanunları çərçivəsində davam etməli olacağıq və heçvaxt başqaları ilə öz qanunlarımız çərçivəsində sərbəst ticarət razılaşmalarını imzalaya bilməyəcəyik. 

 O deyib: Biz AB qanunları içərisində qalacaq və onları formalaşdırmaq yaxud dəyişməyə qadir olmayacağıq. Bu durum ölkəmiz üçün faciə olacaq. Başqa məsələ bundan ibarətdir ki, biz bu razılaşmada Britaniya ilə Şimali İrlandiyanın birliyini belə qoruyub saxlaya bilməmişik, ona görə ki, təklif olunan layihəyə görə, İrlandiya dənizində axtarış imkanı yaradan növbəti qanunların da hazırlanmasına gətirib çıxaracaq. 

Bu razılaşmaya görə, Dublin dövləti elə bir mövqedə duracaq ki, ilk dəfə olaraq onun Şimali İrlandiya barədə mülahizələri Londonun mülahizələrindən daha üstün olacaq. Bunun səbəbi isə Dublinin Avropa Birliyində Britaniyanın malik olmadığı mövqedə durmasından ibarət olacaq. 

Britaniyanın baş naziri Tereza Mey dünən nazirlər kabinetinin iclasını təşkil edərək ölkəsinin AB-dən çıxması barədə razılaşmanın məzmunu xüsusunda bir hesabat təqdim etdi. Tereza Mey hökumətinin üzvlərini AB-dən çıxmaq razılaşmasına qane etmək üçün ciddi problemlərlə üz-üzədir.