Noy 14, 2018 19:45 Asia/Baku
  • Moqerini: AB ƏMTP-yə dəstək verir
    Moqerini: AB ƏMTP-yə dəstək verir

Avropa Birliyi xarici siyasət koordinatoru Brüsseldə böhran qrupu ilə söhbətində bir daha bu Birliyin Əhatəli Müştərək təşəbbüs Proqramını dəstəklədiyini bildirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, AB xarici siyasət üzrə koordinatoru Federika Moqerini bu gün deyib: Avropa təhlükəsizlik səbəbləri üzündən ƏMTP-ni mühafizə edir və bunu ticarət mənafelərinə görə etmir. 

AB rəsmisi deyib: Bu razılaşmanı qoruyub saxlamaq mümkün olarsa onun əsasında Yəməndə, Əfqanıstan və mərkəzi Asiyada eləcə də raket məsələsində İranla daha ətraflı irəliləyişlərə nail olmaq olar. 

Amerikanın ƏMTP-dən çıxması beynəlxalq səviyyədə geniş tənqidlərə səbəb oldu Britaniya, Fransa, Rusiya, Çin, Almaniya və Avropa Birliyi bu razılaşmaya sadiq qaldıqlarını və ona dəstək verdiklərini bildiriblər. 

Teqlər