Noy 14, 2018 19:46 Asia/Baku
  • Rusiya dövlət müxalifətinin rəhbərinin çıxışına qoyulmuş qadağa ləğv edilib
    Rusiya dövlət müxalifətinin rəhbərinin çıxışına qoyulmuş qadağa ləğv edilib

Rusiyanın Federal Sərhəd Təşkilatı bu ölkə hökuməti müxalifətinin rəhbərinin ölkədən çıxışına qoyulan qadağanı , təyin edilmiş cərimə alındıqdan sonra ləğv edib

Röytersin verdiyi məlumata görə, müxalifət lideri Aleksi Navalni bu gün Rusiyanı Fransanın Strasburq şəhərinə doğru tərk edib.

Avropanın insan haqları məhkəməsi cüməaxşamı Navalninin Rusiya dövlətinin fəaliyyəti barədə tələb etdiyi araşdırmalar barədə öz qərarını bildirəcək. 

Navalniyə qarşı son cəza hökmü cari il may ayının 30-da çıxarıldı. Səbəb onun hökumətə qarşı geniş etiraz aksiyaları təşkil etməsi idi. 

Deyilənlərə görə, Navalni bəzi qərb dövlətləri ilə siyasi və iqtisadi əlaqədədir. 

Navalni təqaüd yaşının artırılmasına qarşı etiraz aksiyasına çağırış etdiyinə görə sentyabrda həbs edilmişdi. 

 

Teqlər