Noy 16, 2018 09:47 Asia/Baku
  • Ş.Koreya yeni silah sınaqdan keçirib

Şimali Koreyanın dövlət informasiya agentliyi bu ölkə rəhbəri Kim Çen İnin iştirakı ilə yeni müasir və strateji bir silahın uğurla sınaqdan keçirilməsindən xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, Ş.Koreya xəbər agentliyi bu gün səhər bildirib ki, yeni silah Pxenyanın hərbi gücünü gözə çarpacaq dərəcədə artırıb. 

Məlumatda silahın növü və sınağın keçirildiyi zaman açıqlanmayıb. 

Cənubi Koreyanın Yunhap xəbər agentliyi isə bildirib ki, hələ bu sınağın təfərrüatı barədə məlumat əldə olunmayıb. 

ABŞ mediyaları öncə bildirmişdilər ki Şimali Koreya son aylarda Pxenyanın ətrafında yeni maye yanacaqla işləyən uzaq mənzilli raketlərin istehsalı ilə məşğuldur. 

 

Teqlər