Noy 17, 2018 11:42 Asia/Baku
  • Kaliforniya yanğınlarında həlak olanların sayı 71-ə çatıb
    Kaliforniya yanğınlarında həlak olanların sayı 71-ə çatıb

Röytersin verdiyi məlumata görə, Kaliforniya ştatında baş verən yanğınlarda ölənlərin sayı 71 nəfərə çatıb.

İRİB-in verdiyi məlumata görə, ABŞ rəsmiləri öncə bu hadisədə ölənlərin sayını 63 nəfər elan etmişdilər. 

Yanğınlarda 631 nəfər də itkin düşüb. 

ABŞ-ın Kaliforniya ştatında geniş miqyaslı yanğınlar 2 noyabrdan başlayaraq sürətli küləklər nəticəsində geniş vüsət aldı. 

Yanğınlar nəticəsində indiyədək 12 min yaşayış mənzili və ticarət obyekti eləcə də 132 min hektar meşə məhv olub. 

Hal-Hazırda 9500 yanğınsöndürən Kaliforniyada yanğının söndürülməsi əməliyyatına cəlb olunub. 

Kaliforniyanın 3 nöqtəsində davam edən yanğınların ən geniş miqyaslı hissəsi Kamp Fayer adlanaraq ştatın şimalına aiddir. 

KİV-lərin məlumatlarına görə, Kaliforniya əhaslisi və rəsmiləri ABŞ prezidenti Donald Trampın bu faciəyə etinasızlığından qəzəblidirlər.