Noy 17, 2018 18:51 Asia/Baku
  • Çin Amerikaya xəbərdarlıq etdi
    Çin Amerikaya xəbərdarlıq etdi

Çin prezidenti Pekinə qarşı ticarət savaşının davam etməsi barədə ABŞ-a xəbərdarlıq edib.

İRNA-nın verdiyi məlumata görə, Şi Cin Pinq bu gün Papua-Yeni Qvineyada Asiya-Pasifik İqtisadi Əməkdaşlıqlar Təşkilatının(APEC) zirvə toplantısında deyib: Amerikanın Çin ilə ticarət müharibəsinin davam etməsi barədə siyasəti məğlubiyyətə məhkumdur. 

Şi Cin Pinq Amerikanın həyata keçirdiyi ticarət savaşının qalibinin olmadığını bildirərək dünyada sərbəst ticarətin gücləndirilməsini istəyib. 

ABŞ prezidentinin müavini Mayk Pens də Çinin bəyanatından sonra müxbirlərə deyib: Çin öz yolunu dəyişməyincə Amerika Pekinə qarşı ticarət savaşını davam etdirəcək. 

Amerika və Çin arasında qarşıdurma ABŞ prezidenti Donald Trampın mart ayının 8-də Çindən idxal edilən polad və alüminyuma tarifləri artırması ilə başladı. 

Bu günədək Çin və Amerika qarşılıqlı olaraq 300 milyard dollarlıq mala gömrük tarifləri tətbiq ediblər. 

APEC sammiti iki gün müddətində Papua-Yeni Qvineya ölkəsində keçirilir. 

Teqlər