Noy 18, 2018 09:48 Asia/Baku
  • Nigeriya xalqı Şeyx Zəkzakiyə dəstək aksiyası keçirib
    Nigeriya xalqı Şeyx Zəkzakiyə dəstək aksiyası keçirib

Nigeriya xalqı bir daha paytaxt Abucada aksiya keçirərək, bu ölkədə islami hərəkatın rəhbəri Şeyx İbrahim Zəkzakinin azad edilməsini istəyib.

Nigeriyalılar bu aksiyada şüarlar verərək, Şeyx Zəkzakinin və həyat yoldaşının həbsinin davam etməsini kəskin tərzdə pisləyiblər.

Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki bir hüseyniyyəyə qarşı hücumunda həbs olunublar.

Nigeriyanın ordu qüvvələri Şeyx Zəkzakinin həbs olunduğu gün hüseyniyyənin və onun mənzili qarşısında aksiyaçıları atəşə tutaraq, Şeyx Zəkzakinin üç övladı daxil olmaqla yüzlərlə nəfəri şəhid etdilər.

Nigeriya ali məhkəməsi 2016-cı ilin dekabrında Şeyx Zəkzakinin təcili surətdə azad edilməsi hökmünü verdi. Bu məhkəmə həmçinin Nigeriyanın ordusu və təhlükəsizlik təşkilatlarını onun ailəsinə 150 min dollar kompensasiya ödəməyə məhkum etdi. Lakin ordu və bu təşkilatlar Şeyx Zəkzakini həbsdə saxlamaqda davam etdilər.