Noy 18, 2018 12:21 Asia/Baku
  • Londonda irqçiliyə və sərt iqtisadiyyat siyasətinə qarşı aksiya keçirilib
    Londonda irqçiliyə və sərt iqtisadiyyat siyasətinə qarşı aksiya keçirilib

İngiltərə xalqı dövlətin sərt iqtisadiyyat siyasətinin davam etməsinə, həmçinin anti-immiqrasiya, rasizm və nifrətdən irəli gələn hücumların artmasına etiraz olaraq aksiya keçirib.

Londondakı etirazçılar "Rasist hücumları dayandırın!", "İslamofobiya və savaş yetər!", "İrqçilik qarşısında dayanaq!" və "Rasizmə-yox!, faşizmə-yox!" şüarları verərək, baş nazirlik binasının qarşısına toplaşıb və öz tələblərini irəli sürüblər.

Bir çox etirazçı bildirib ki, İngiltərə dövlətinin sərt iqtisadiyyat siyasətinin icrası xalqın problemlərini artırıbdır. Onlar bu siyasətə tez bir zamana son qoyulmasını tələb ediblər.

Natiqlər də bu mərasimdə İngiltərədə nifrətdən irəli gələn rasistcəsinə hücumların nigaranedici tərzdə artmasına gətirib çıxaran siyasətləri tənqid edərək, onun ən mühüm amillərindən birini sərt iqtisadiyyat siyasətinin yeridilməsi adlandırıb və ona son qoyulması vacibliyini vurğulayıblar.

Teqlər