Noy 18, 2018 20:43 Asia/Baku
  • Ağ Ev-in yığıncaqlarında medialara və jurnalistlərə qarşı məhdudiyyət güclənir
    Ağ Ev-in yığıncaqlarında medialara və jurnalistlərə qarşı məhdudiyyət güclənir

Ağ Ev-in sözçüsü jurnalistlərə və medialara qarşı məhdudiyyətləri gücləndirmək məqsədilə öz komandasının gələcək mətbuat konfranslarının keçirilməsi üçün standart metodların hazırlanması üzrə səyindən xəbər verib.

Ağ Ev-in sözçüsü Sara Senders bildirib ki, onun komandası jurnalistlərin gələcək mətbuat konfranslarında iştirakı üçün standart metodlar yaratmaqdadır.

Senders Ağ Ev ilə CNN arasında bu telekanalın müxbiri Cim Akusta ilə ABŞ prezidenti Donald Tramp arasında baş verən höcətləşmənin ardınca yaranmış ixtilaflara toxunaraq, əlavə edib: CNN-in başqa bir şəxsi Ağ Ev-ə göndərməsi zəruridir.

Sara Sendersin sözləri federal məhkəmənin cümə günü Akustanın Ağ Ev-ə daxil olması lisenziyasının geri qaytarılması göstərişini verməsinin ardınca söylənir.

CNN müxbirinin lisenziyası ötən həftə Ağ Ev-də keçirilən mətbuat konfransında münaqişənin baş verməsindən sonra ləğv olunmuşdu.

Teqlər