Noy 19, 2018 09:11 Asia/Baku
  • Hindistanda bir avtobus qəzası; 15 ölü
    Hindistanda bir avtobus qəzası; 15 ölü

Hindistanın Uttaraxand ştatında bir avtobusun 150 metr dərinliyə malik olan dərəyə yuvarlanması azı on beş nəfərin həyatına son qoyub.

Yerli vaxtla dünən axşam baş vermiş bu hadisədə azı on iki nəfər də yaralanıbdır.

Bu avtobus "Canki Şati" şəhərindən "Vikasnaqar" kəndinə gedirmiş.

Hadisədə yaralanmış altı nəfərin durumu ağır elan olunubdur.

Hindistanda avtomobil qəzası nəticəsində hər gün 400 nəfər həyatını itirir.

Bu hadisələrin əksər hissəsi nəqliyyat vasitəsinin tutumundan artıq sərnişinin mindirilməsi, şose yollarının bərbad vəziyyəti və sürücülükdə diqqətsizlikdən irəli gəlir.