Noy 19, 2018 10:03 Asia/Baku
  • Kanadanın baş naziri: Qaşıqçının qətli dünyanı şoka saldı
    Kanadanın baş naziri: Qaşıqçının qətli dünyanı şoka saldı

Kanadanın baş naziri Castin Trüdo dünən səud rejiminin tənqidçisi olmuş jurnalist Camal Qaşıqçının qətlinin dünyanı şoka saldığını bildirərək, deyib ki, Ottava bu cinayətin izlənilməsi barədə öz müttəfiqləri ilə anlaşmaya malikdir.

Səudiyyəli tənqidçi jurnalist Qaşıqçı oktyabrın 2-də Ərəbistanın İstanbuldakı konsulluğuna müraciət etdikdən sonra yoxa çıxdı.

Səud rejimi dünya ictimaiyyətinin təzyiqləri altında18 gün sükut və təkzibdən sonra nəhayət oktyabrın 19-da təsdiq etdi ki, Qaşıqçı Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilibdir.

Camal Qaşıqçı səud rejiminin təqib və həbs olunan şəxslər siyahısında qərar tapmışdı. O, həbs olunmaq qorxusundan Ərəbistandan kənarda yaşayırdı.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan oktyabrın 23-də bildirib: Faktlar göstərir ki, Qaşıqçı rəhmsizcəsinə və planlaşdırılmış şəkildə qətlə yetirilibdir.

Londonda çıxan "Qardian" qəzeti bildirib ki, son illərdəki Ərəbistan olaylarının gedişatı aydın bir meyarı izləyir və Muhəmməd bin Salmanın Ərəbistanın vəliəhdi olduğu zamandan bəri Ərriyad hansı kəsin tərəfindən edilməsindən asılı olmayaraq, hər cür müxalifəti vəhşicəsinə yatırır.