Noy 19, 2018 13:40 Asia/Baku
  • Bolqarıstan xalqı etiraz aksiyası keçirib
    Bolqarıstan xalqı etiraz aksiyası keçirib

Bolqarıstan xalqından minlərlə nəfər dünən bu ölkədəki yoxsulluğa və yanacağın baha olmasına etiraz olaraq, ölkənin müxtəlif şəhərlərində aksiya keçiribdir.

Aksiyaçılar Türkiyə və Yunanıstana çıxan sərhəd yollarını bağlayaraq, yanacağın qiymətinin artmasına və həyat səviyyəsinin aşağı olmasına etiraz ediblər.

Paytaxt Sofiyada da yüzlərlə etirazçı anti-hökumət şüarları verərək, məişət şəraitinin yaxşılaşdırılmasını tələb edibdir.

Bəzi etirazçılar Bolqarıstanın baş naziri Boyko Borissovun mühafizəkar və koalisiya hökumətinin istefaya getməsini istəyiblər.