Noy 19, 2018 17:31 Asia/Baku
  • Moqerini Avropanın İranla maliyyə mexanizminin tezliklə icra olunmasını vurğulayıb
    Moqerini Avropanın İranla maliyyə mexanizminin tezliklə icra olunmasını vurğulayıb

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Avropa Birliyinin İranla maliyyə mexanizminin icra zamanı barədə vurğulayıb ki, bu mexanizm tez bir zamanda icra olunmalıdır.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini bu gün bu birliyin başçılarının Brüsseldə keçirilən iclasından öncə deyib: Avropa Birliyinin İranla xüsusi maliyyə mexanizmi tez bir zamanda icra olunmalıdır.

Moqerini həmçinin nüvə anlaşmasına dəstəyə təkid edibdir.

Birləşmiş Ştatların prezidenti DonaldTramp mayın 8-də birtərəfli olaraq Vaşinqtonun nüvə anlaşması qarşısındakı öhdəliklərini pozaraq, bu ölkənin həmin beynəlxalq anlaşmadan çıxdığını və nüvə sanksiyalarının geri qaytarıldığını elan etdi.

Trampın anti-İran sanksiyalarının ilk mərhələsi avqustun 7-də tətbiq olundu, ikinci etap isə noyabrın 5-də rəsmən icra edildi.

Amerikanın nüvə anlaşmasından çıxması geniş beynəlxalq tənqidlərlə, xüsusən bu beynəlxalq anlaşmanı imzalamış gigər tərəflərin tənqidləri ilə üzləşibdir.

İngiltərə, Fransa, Rusiya, Çin, Almaniya və Avropa İttifaqı bildirdilər ki, bu anlaşmaya sadiqdirlər və ona dəstək verirlər.

ABŞ-ın İrana qarşı sanksiyalarına cavab olaraq Avropa İttifaqı xarici şirkətlərin İranla ticarətlərini davam etdirmələri üçün xüsusi bir maliyyə mexanizmini təqdim edəcəyini elan etdi.

İran Amerikanın olmadığı nüvə anlaşmasını davam etdirmək istiqamətində bu anlaşmanın yaşaması üçün avropalılara xüsusi maliyyə mexanizmləri yaratmaq imkanı verdi.

Teqlər