Noy 22, 2018 09:22 Asia/Baku
  • Avropa Komissiyası İtaliyanı sanksiya ilə hədələyib
    Avropa Komissiyası İtaliyanı sanksiya ilə hədələyib

Avropa Komissiyası bildirib ki, İtaliya öz büdcə layihəsinə görə, sanksiyaya məruz edilməlidir.

Avropa Komissiyası bildirib ki, İtaliyanın 2019-cu il büdcə layihəsi Avropa Birliyinin maliyyə qaydalarını ciddi şəkildə pozur.

İtaliyanın sərt iqtisadi siyasətə qarşı çıxan dövləti öz iri borclarına rəğmən, gələn ilin büdcəsində vergilərin azaldılması və ümumi xərclərin ciddi şəkildə artırılması təklifini irəli sürübdür.

İtaliyanın baş naziri Cüzeppe Konte öz dövlətinin büdcəsini müdafiə edərək, onu ali və ölkəsinin və Avropa Birliyinin maraqları çərçivəsində qiymətləndiribdir.

Bundan öncə İtaliya dövləti Avropa Komissiyasının onun öz gələnilki büdcəsini yenidən nəzərdən keçirməsi üçün təyin etdiyi möhlətin sonunda onu dəyişmədən yenidən Brüsselin üstünə qaytarmışdı.

Teqlər