Noy 25, 2018 12:47 Asia/Baku
  • Lavrov ABŞ-ın Rusiya sərhədindəki hərbi hərəkətləri barədə xəbərdarlıq edib
    Lavrov ABŞ-ın Rusiya sərhədindəki hərbi hərəkətləri barədə xəbərdarlıq edib

Rusiya xarici işlər naziri ABŞ-ın Rusiya sərhədləri yaxınlığındakı hərbi hərəkətləri barədə Vaşinqtona xəbərdarlıq edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Portuqaliyanın "Publiko" qəzeti ilə müsahibədə deyib: Ukraynadakı böhran ABŞ-ın və Ağ Ev-in avropalı müttəfiqlərinin hərəkətlərinin nəticəsidir.

Rusiya xarici işlər naziri əlavə edib ki, Avropa xalqlarının təhlükəsizliyi Amerika Birləşmiş Ştatları tərəfindən həyata keçirilən zərərli siyasətlərin girovudurlar.

Lavrov Rusiyanın Avropa İttifaqı və bu ittifaqa üzv ölkələr ilə əlaqələrinin yaxşı qonşuluq prinsipi əsasında bərpa ediləcəyinə ümid etdiyini bildirib.

Lavrov Rusiya-Qərb əlaqələrində son illərdə yaşanan gərginliyin Moskvanın seçimi olmadığını söyləyib.

Qərb ilə Moskva arasındakı münasibətlər 2014-cü ildən, NATO-nun, xüsusən ABŞ-ın Şərqi Avropada Rusiya sərhədləri yaxınlığındakı nüfuzunun genişlənməsi, Ukrayna böhranı, Baltik dənizi problemi və Suriyadakı vəziyyətə görə, daha da gərginləşibdir.

Teqlər