Noy 30, 2018 15:46 Asia/Baku
  • CNN müxbiri sionist rejimi sanksiya etməyə çağırdığına görə, işindən çıxarılıb

CNN informasiya kanalı müxbirinin sionist rejimi sanksiya etməyə çağırması onun işindən kənarlaşdırılması ilə nəticələnibdir.

Amerikanın CNN informasiya kanalının müxbiri Mark Lamant Hill BMT-dəki çıxışında dünya ölkələrindən sionist rejimi sanksiya etmələrini istəyib.

Mark Lamant Hill öz çıxışında fəryadla deyirdi ki, Fələstin "bəhrdən-nəhrədək", yəni başdan-başa azaddır.

CNN müxbiri twitter-də özünü müdafiə edərək, yazıb: Mən Fələstinin azadlığını himayə edirəm; Fələstin xalqının özünün öz taleyini təyin etməsini himayə edirəm. Mən sionist rejimin siyasət və hərəkətlərini kəskin tərzdə tənqid edirəm.

"Bəhrdən-nəhrədək" ifadəsini İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei 2016-cı ildə Tehranda islami ölkələrin 13-cü parlamentlərarası iclasının iştirakçıları ilə görüşdə etdikləri bəyanatda irəli sürdülər.

O həzrət buyurdular: Şübhəsiz, Fələstin "bəhrdən-nəhrədək" olan bir məcmuə və tarixdir və Qüds də onun paytaxtıdır və bu həqiqətə heç bir xələlin gəlməsi imkanı mövcud deyildir.

Teqlər