Dek 01, 2018 13:32 Asia/Baku
  • Beynəlxalq müşahidəçilər: Gürcüstan seçkilərində səslər pulla satın alınıb
    Beynəlxalq müşahidəçilər: Gürcüstan seçkilərində səslər pulla satın alınıb

Gürcüstanda keçirilən prezident seçkilərinin gedişinə nəzarət edən beynəlxalq müşahidəçilər bu ölkə hökumətinin seçki ərəfəsində 600 min vətəndaşın banklara olan borclarını bağışlamasını xalqın səsini h akim partiyanın xeyrinə satın almaq kimi dəyərləndirib.

Gürcüstanın baş naziri Mamuka Baxtadze prezident seçkilərindən bir neçə gün öncə hökumətin 600 min vətəndaşın banklara olan ümumilikdə 600 milyon dollarlıq borcunun hakim "Gürcüstan Röyası" partiyasının sədri, gürcü milyarder İvanişviliyə məxsus Karto xeyriyyə təşkilatı tərəfindən ödənildiyini bildirmişdi. 

İRNA-nın məlumatına görə, beynəlxalq müşahidəçilər o cümlədən ATƏT-in demokratik qrumları və insan haqları təşkilatları, Avropa Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşah idəçiləri cümə günü Gürcüstanda keçirilən prezident seçkilərində səslərin hakim partiyanın xeyrinə pulla satın alındığını təsdiq edərək, hakim "Gürcüstan Röyası" partiyasının namizədi olan Salome Zorabişvilinin seçkilərdə hökumətin imkanlarından öz xeyrinə istifadə etdiyini bildiriblər.

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci mərhələsi çərşənbə günü keçirilib. Seçkilərin ikinci mərhələsində hakim "Gürcüstan Röyası" partiyasının namizədi Salome Zorabişvili ilə müxalif qüvvələr birliyinin namizədi Qriqol Vaşadze prezidentlik uğrunda rəqabət aparıb.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, Zorabişvili səslərin 53%-ni özünə aid edərək, seçkilərin qalibi olub.

Gürcüstan prezidentinin inauqurasiya mərasimi 16 dekabrda keçiriləcək.

Teqlər