Dek 06, 2018 17:13 Asia/Baku
  • Yəmən sülh müzakirələrinə start verildi - İsveçdə

Səudiyyə rejiminin bir neçə ay davam edən destruktiv hərəkətlərinin ardınca İsveçdə Yəmən sülh müzakirələrinə start verilib.

İSNA-nın məlumatına görə, Yəmən-Yəmən sülh müzakirələri bu gün cümə axşamı BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Matin Qrifin və İsveçin xarici işlər naziri Maqart Valstromun birgə mətbuat konfransı ilə Stokholmda işə başlayıb.

Səna hava limanı və Əl-Hüdəydə hava limanının fəaliyyətinə icazənin verilməsi, mühasirənin ləğv edilməsi, dövlət qulluqçularının əmək haqlarının ödənilməsi və Yəmənə humanitar yardımların göndərilməsi İsveçdə cərəyan edən sülh müzakirələrinin əsas mehvərini təşkil edir.

Martin Qrift jurnalistlər qarşısında deyib: iki ildən çox davam edən durğunluğun ardınca Yəməndə toqquşmaların dayandırılması və siyasi həll yoluna nail olmaq üçün yenidən siyasi prosesə start verilib.

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Yəməndə aclıq, qıtlıq və səhiyyə durumu ilə bağlı xəbərdarlıq edərək, vəziyyətin acınacaqlı olduğunu deyib.

Yəmən böhranı ilə bağlı sülh müzakirələri altı sentyabrda İsveçrənin Cenevrə şəhərində keçirilməli idi. Amma, Ərəbistanın başçılıq etdiyi koalisiya Yəmənin müzakirə heyətinin bu müzakirələrdə iştirakına mane olmuşdu.

Ərəbistan və müttəfiqləri on beş mart iki min on beşinci il tarixindən Yəmənə qarşı geniş hücumlara başlayıb.

Teqlər