Dek 08, 2018 15:48 Asia/Baku
  • İsveç iclasında Səudiyyə heyəti təxribat yaradır
    İsveç iclasında Səudiyyə heyəti təxribat yaradır

İsveç müzakirələrində Səna heyətinin bir üzvü deyib: Ərrəyad heyəti əhəmiyyətsiz mövzuları gündəmə gətirməklə zaman almağa çalışır və müzakirələri əngəlləyir.

Səna heyətinin üzvü Səlim Moğlis Əl-Məyadin telekanalına verdiyi açıqlamada Ərrəyad heyətinin əhəmiyyətsiz mövzuları ortaya ataraq hay-küy salmaq ardınca olduğunu bildirərək deyib: Səudiyyə Ərəbistanı öz heyətinə müzakirələrdə ümumi çərçivə barədə danışıqlar aparmasına icazə vermir və məhz buna görə də bu heyət bu məsələnin ümumi çərçivədən çıxarılmasını istədi. 

Səna heyətinin üzvü Ərrəyad heyətinin öz daxilindəki ixtilaflarının BMT nümayəndəsi qarşısında problem yaratdığını bildirərək deyib: Amerikanın Yəmən müharibəsində Səudiyyə koalisiyasına dəstəyi razılığın əldə olunmasını çətinləşdirir. 

Möğlis Sənanın müzakirələrin ümumi çərçivəsində bir razılaşmanın əldə olunmasına hazır olduğunu bildirərək deyib: Bu razılaşmanın reallaşması qarşı-qarşıya duran ölkələrin ciddiliyindən eləcə də Yəmənə qarşı müharibəyə verilən dəstəklərin dayandırılmasından asılıdır. 

Yəmən sülh müzakirələri cümə axşamı İsveç paytaxtı Stokholmda öz işinə başlayıb. 

Teqlər