Dek 10, 2018 10:48 Asia/Baku
  • Fars Körfəzi Əməkdaşlıq Şurasının sammiti nəticəsiz başa çatdı
    Fars Körfəzi Əməkdaşlıq Şurasının sammiti nəticəsiz başa çatdı

Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin 39-cu sammiti bazar günü Ər-Riyadda öz işini başa vurdu.

İRNA-nın məlumatına görə, Ərəbistan kralı Salman bin Əbdüləzizin Qətər əmirini də bu Fars Körfəzi Əməkdaşlıq Şurasının 39-cu iclasında iştiraka dəvət etməsinə baxmayaraq, Şeyx Təmim bin Həməd Ali Sani bu dəvəti qəbul etməyərək, sammitə qatılmayıb. Ər-Riyad sammitində Qətər xarici işlər üzrə müşavir naziri səviyyəsində iştirak edib.

Oman kralı sultan Qabus bin Səid də Ər-Riyad sammitində iştirak etməyərək, sammitə baş nazir müavini Fəhəd bin Məhəmməd Ali Səidi göndərib.

Qətər əmiri və Oman kralının Fars Körfəzi Əməkdaşlıq Şurasının 39-cu sammitində iştirakdan imtina etmələri üzv ölkələr arasındakı dərin ixtilaflardan xəbər verir. Bu isə Ali-Səud rejiminin bu ixtilafları ört-basdır etmək cəhdini nakam qoyub.

Bir tərəfdə Ərəbistan, BƏƏ və Bəhreyn qarşı tərəfdə isə Oman, Qətər və Küveyt olmaqla iki cəbhənin formalaşması hazırda "Yəmən müharibəsi" və "Qətər bohranı" kimi iki önəmli böhran ilə üz-üzə olan Fars Körfəzi Əməkdaşlıq Şurasının soyuq qış dönəmini təcrübə etməsindən xəbər verir.