Dek 10, 2018 13:41 Asia/Baku
  • Dəmir yolu işçilərinin tətil aksiyası - Almaniyada
    Dəmir yolu işçilərinin tətil aksiyası - Almaniyada

Almaniyanın dəmir yolları şəbəkəsində bütün istiqamətlərdə qatarların hərəkəti dayandırılıb.

Avronyus-un verdiyi məlumata görə, Almaniyanın dəmir yolları işçiləri bazar ertəsi günü kütləvi tətil aksiyası elan edərək, bütün yerli və beynəlxalq qatarların hərəkətini durdurublar. 

Almaniya dəmir yollarıişçiləri əmək haqlarının 5\7% artırılmasını, iş saatının azaldılmasını istəyirlər. 

Almaniyanın Dəmir Yolları İşçiləri Sindikatı bildirib ki, dəmir yolları işçilərinin istəklərinə diqqətsizliyin davam edəcəyi təqdirdə, etiraz aksiyaları yeni il tətillərində dəmir yolları ilə planlaşdırılan səfərləri təsir altına alacaq. 

"Sarı gödəkçəlilər" adı ilə məşhurlaşan kapitalizm əleyhinə etiraz aksiyaları 17 noyabrda Fransada yanacağa əlavə verginin tətbiq edilməsi qərarına etiraz olaraq başlandı. Hazırda bu etirazlar Belçika və Hollandiyanı da bürüyüb. Analitiklərin qənaətinə görə, digər Avropa ölkələri o cümlədən Almaniya da oxşar etiraz aksiyalarının şahidi ola bilər. 

Teqlər