Dek 10, 2018 13:53 Asia/Baku
  • "Mənim addımım" ittifaqı Ermənistan hakimiyyətini ələ keçirir

Ermənistanda keçirilən vaxtından əvvəl parlament seçkilərinin ilkin nəticələrinə əsasən Nikol Paşinyanın başçılıq etdiyi "Mənim addımım" ittifaqı böyük fərqlə qələbə çalıb.

"Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" partiyalarının hər biri isə müavifiq olaraq 8 və 6 faiz səs toplayıb. Ermənistanda parlament seçkilərinə nəzarət edən heyətin açıqlamasına əsasən əhalinin seçkilərdə iştirak səviyyəsi təqribən 49% olub. 

Ermənistanın Mərkəzi Seçki Qərargahı Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaşın Seçimi" partiyasının da yer aldığı "Mənim addımım" koalisiyasının səslərin 70.4%-ni əldə etdiyini bildirib. Əsas rəqib partiya olan "Çiçəklənən Ermənistan" partiyası isə səslərin təqribən 5%-ni əldə edərək, parlamentdə təmsil olunmaq üçün minimum həddi təmin edib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın partiyası olan hakim Respublika partiyası isə səslərin sadəcə 4.7%-ni toplaya bilib. Ermənistan konstitusiyasına əsasən parlamentin 30%-ni müxalifət nümayəndələri təşkil etməlidirlər. 43 yaşlı Paşinyan may ayında bir neçə həftə sürən etiraz aksiyalarının ardınca bu ölkənin baş naziri seçilməyi bacarmışdı. O, parlament seçkilərində iştirak edə bilməsi üçün 16 oktyabrda öz vəzifəsindən istefa vermişdi. Paşinyan müxalifət qəzetlərindən birinin sabiq baş redaktorudur. O, indiyə kimi iki dəfə həbs edilib. İlk dəfə 2008-ci il etiraz aksiyalarında təşkilatçılıq etdiyi üçün. İkinci dəfə isə cari ildə qısa müddət üçün həbs edilmişdi. Paşinyan iqtidara gəldikdən sonra 1990-cı ildən iqtidarda olan hakim klanı bütövlükdə siyasət səhnəsindən kənarlaşdırmağı qarşıya məqsəd qoyub. Paşinyan Ermənistanın xarici siyasətində isə ABŞ və Avropa Birliyi başda olmaqla Qərbə inteqrasiya siyasətini izləmək qərarına gəlib. Əlbəttə, Rusiya ilə də strateji əlaqələrin qorunmasına təkid edir.