Dek 14, 2018 10:50 Asia/Baku
  • edib: Sabiq vəkilim məndən xəbərsiz iş görürmüş
    edib: Sabiq vəkilim məndən xəbərsiz iş görürmüş

Amerika prezidenti bir twitt-də iddia edib ki, heç vaxt sabiq vəkilinə qanunu pozmaq göstərişini verməyibdir.

Donald Tramp əlavə edib: Maykl Kohen qanunu bilməli idi və əgər bir səhv edibdirsə, onun özü məsuliyyət daşıyır.

Tramp digər bir twitt-də Koheni və Amerikanın məhkəmə aparatını onda ittiham edibdir ki, əlaqəsi olmayan bir neçə ittiham irəli sürüb, onları etiraf etməklə Trampı biabır etmək istəyiblər, halbuki o, hətta əgər mülki qanunları pozmuş olsa belə, müqəssir deyildir.

Belə bir halda, Trampın sabiq vəkili Maykl Kohen çərşənbə günü 2016-cı il prezident seçkiləri kompaniyası gedişində iki qadına sükut haqqı ödəməsinə görə, üç il, Trampın ruslarla seçki sövdələşməsi haqda Amerika konqresinə yalan söyləyəmək ittihamı ilə də daha iki ay müddətinə həbsə məhkum edilibdir.

 

Teqlər