Dek 14, 2018 16:45 Asia/Baku
  • Macarıstanda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib
    Macarıstanda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib

Macarıstanın paytaxtında yerləşən bu ölkə parlamentinin binası qarşısında etiraz aksiyası polisin müdaxiləsi və şiddətli toqquşma ilə nəticələnibdir.

Budapeşt şəhərindəki etirazçılar dünən gecə və bu gün səhər Macarıstan parlamentində əmək qanununa düzəlişlərin qəbul olunmasına qarşı aksiya keçiriblər.

Macarıstanın baş naziri Viktor Orban hökumətinin əmək qanununa düzəlişlər barədəki layihəsi dünən bu ölkə parlamentində qəbul edilib.

Həmkarlar ittifaqları bu qanunu "quldarlıq qanunu" adlandırıblar.

"Diktator Orban, hakimiyyətdən çəkil!" kimi şüarlar verən etirazçılar Macarıstan parlamentinin binasını daşa basaraq, onun şüşələri sındırıb və beş polisi yaralayıblar.

Həmçinin bir qrup etirazçı hakim "Fids" partiyasının qərargahına giriş yollarını bağlayıb. Etirazçıların digər bir qrupu isə şüar verərək, bu partiyanın binasına daxil olub və Avropa Birliyinin bayraqlarını dalğalandırıbdır.

Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.