Dek 16, 2018 18:19 Asia/Baku
  • Avropa İttifaqı Rusiya və Ukraynanı qaz nəqlinə dair müzakirələrə dəvət etmək istəyir
    Avropa İttifaqı Rusiya və Ukraynanı qaz nəqlinə dair müzakirələrə dəvət etmək istəyir

Avropa Komissiyası sədrinin enerji məsələləri üzrə müavini Rusiya və Ukraynanı qaz nəqlinə dair müzakirələrin növbəti mərhələsində iştiraka dəvət etmək istədyini bildirib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Avropa Komissiyasının sədr müavini Maruş Şefkoviç öz Tvitter səhifəsində yazıb: Rusiya və Ukrayna 2019-cu ilin yanvarında Brüsseldə təşkil ediləcək üçtərəfli iclasda iştiraka dəvət olunublar.

Rusiyadan Ukrayna yolu ilə Avropaya qaz nəqlinə dair hazırkı müqavilənin müddəti 2019-cu ilin sonlarında başa çatacaq.

Rusiya Ukrayna yolu ilə Avropaya qaz nəqlini iqtisadi baxımdan sərfəli olacağı təqdirdə davam etdirəcəyini bildirib.

Ukrayna rəsmiləri 2015-ci ildə Rusiyadan qaz idxalını dayandırdı və hazırda Ukraynadan keçən boru xətti ilə nəql edilən qaz sadəcə Avropa ölkələrinə ixrac edilir.

Avropanın təbii qaza olan ehtiyacının üçdə biri Rusiya hesabına təmin edilir.

Teqlər