Dek 23, 2018 21:35 Asia/Baku
  • Muqadişoda partlayış; ölü sayı 20 nəfərə çatdı
    Muqadişoda partlayış; ölü sayı 20 nəfərə çatdı

Sumali polisi paytaxt Muqadişoda törədilən partlayışda ölənlərin sayının 20 nəfərə çatdığını bildirib.

Əl-Yəum Əl-Sabe informasiya portalının verdiyi məlumata görə, Somali polisi bildirib: şənbə günü Moqadişoda prezident sarayının yaxınlığında bomba quraşdırılmış iki avtomobilin partladılması nəticəsində 20 nəfər həlak olub, 40 nəfər də yaralanıb. 

Bundan öncə partlayış nəticəsində 6 nəfərin öldüyü, 13 nəfərin də yaralandığı bildirilmişdi. 

Somali polisinin bildirdiyinə görə, hadisə qurbanları əsasən təhlükəsizlik qüvvələri və mülki əhali olub. 

Əl-Şəbab terror qruplaşması bu hadisənin məsuliyyətini üzərinə götürüb. 

Teqlər