Dek 27, 2018 12:16 Asia/Baku
  • Donald Tramp - ABŞ prezidenti
    Donald Tramp - ABŞ prezidenti

İraqın baş nazirlik ofisi ABŞ prezidenti Donald Tramp ilə İraq başçıları arasındakı görüşün bu görüşün formatına dair anlaşılmazlığa görə ləğv edilməsindən xəbər verib.

ABŞ prezidenti çərşənbə günü axşam öncədən elan etmədən İraqın Əl-Ənbar vilayətində yerləşən Eynül Əsəd bazasına səfər edib. Donald Tramp 3 saat sürən səfəri zamanı İraqın baş naziri Adil Əbdül Mehdi ilə görüşmədən bu ölkəni tərk edib. 

Ağ Ev isə gözlənilmədən İraqa səfər edən Trampın İraqın başnaziri Adil Əbdül Mehdi ilə telefon əlaqəsi saxladığını elan edib. 

Livanın Əl-Məyadin informasiya kanalının bildirdiyinə görə, İraq başçıları ( prezident, baş nazir və parlament sədri) ABŞ prezidenti Donald Tramp ilə görüşü rədd ediblər. Bu məlumata görə, Tramp onlardan görüş üçün Eynül Əsəd bazasına gəlmələrini istəyibmiş. 

Tramp Eynül Əsəd hava bazasına daxil olduqdan sonra deyib: ABŞ heç bir vəchlə öz hərbçilərini İraqdan çıxartmaq niyyətində deyil. 

İraq Hizbullahının sözçüsü Cəfər Hüseyni də Donald Trampın sözlərinə reaksiya olaraq deyib: İraqın müqaviməti ABŞ-ı öz qüvvələrini İraqdan çıxartmağa məcbur edəcək. 

C.Hüseyni həmçinin dedi: Donald Trampın Eynül Əsəd bazasına gizli şəkildə səfər etməsinin səbəbi, bu səfərin aşkar formada olacağı təqdirdə təhlükəsizlik problemi ilə üzləşəcəyindən qorxması olub. 

 

Teqlər