Yan 02, 2019 10:38 Asia/Baku
  • S400 raketləri Çin tərəfindən sınaqdan keçirilib
    S400 raketləri Çin tərəfindən sınaqdan keçirilib

Çin ordusu Rusiyanın S400 raketlərini uğurla sınaqdan keçirib.

İRNA-nın verdiyi məlumata görə, Çin ordusu ilk dəfə olaraq Rusiyadan satın aldığı S400 raket sistemini sınaqdan keçirib. 

Bu əməliyyat nəticəsində Çin ordusunun raket bölməsi 250 km məsafədə nəzərdə tutulmuş ballestik bir hədəfi uğurla müəyyənləşdirib və saniyədə 3 km sürətlə raket tullayaraq hədəfi dağıdıb. 

Çin bu müasir raket sistemini 3 milyard dollarlıq bir müqavilə çərçivəsində Rusiyadan satın alıb. 

Rusiya və Çin bu müqaviləni iki ölkə arasında hərbi əməkdaşlıqların genişləndirlməsi üzrə 2015-ci ildə imzalayıblar. 

Teqlər