Yan 03, 2019 10:28 Asia/Baku
  • Tayvana silah satdığına görə, Çin ABŞ-a etiraz edib

Çin xarici işlər nazirliyi Amerika prezidentinin Tayvana silah satışı layihəsini imzalamasının ardınca Vaşinqtona etiraz edib.

Çin xarici işlər nazirliyi bu gün bir bəyanatda bildirib: Amerikanın bu addımı Çinin daxili işlərinə aşkar müdaxilə hesab olunur və Pekin rəsmən ona etiraz edir.

Çin xarici işlər nazirliyinin bəyanatında deyilir: Amerika prezidenti Donald Tramp Tayvana silah satışı layihəsini imzalamaqla "Vahid ÇİN" prinsipini pozubdur.

ABŞ prezidenti bazar ertəsi günü Tayvana silah satışı layihəsini imzaladı.

Belə bir halda, Çin prezidenti Si Tsinpin dünən Tayvanla yeni ittifaqda "bir ölkə, iki sistem"i ən yaxşı variant adlandırıb və bildirib ki, Tayvan adasını öz nəzarəti altına almaq üçün hərbi seçimdən istifadə haqqını özü üçün qoruyub saxlayır.

Çin dövləti dəfələrlə bildiribdir ki, Tayvan adasının istiqlaliyyətinə dözməyəcəkdir.

Çin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir.

Teqlər