Yan 03, 2019 16:37 Asia/Baku
  • Çinin avtomatik planetləraarası stansiyası aya səfər edib

Çin milli kosmanavtika təşkilatı avtomatik planetləraarası stansiyanın aya səfərindən xəbər verib.

Çin milli kosmanavtika təşkilatı bildirib ki, "Çanq-e4" avtomatik planetləraarası stansiyası bu gün səhər aya uğurlu enişdən sonra ayın gizli yarısından ilk foto-şəkili yerə göndəribdir.

Bu Çin avtomatik planetləraarası stansiya 2018-ci il dekabrın səkkizində Çinin "Si Syan" şəhərindəki kosmodromdan kosmosa göndərilib.

Bu kosmik gəminin göndərilməsi Çinin ən mühüm elmi-kosmik fəaliyyətlərindən hesab olunur ki, ay kürəsinin görünməyən naməlum hissələrini elmi cəhətdən araşdıraraq, yeni tapıntılara malik olmuş və nəticə etibarı ilə bu ölkənin kosmik proqramını təkmilləşdirmiş olsun.

"Uzaq nöqtə" adlandırılan ayın qaranlıq hissəsi yerdən çox uzaqdır; buna görə, onu müşahidə etmək üçün yetərincə görüş perspektivi yoxdur, Ayın bu hissəsi bəşəriyyət üçün nisbətən naməlumdur və üzərində enişlər edilmiş ayın digər hissəsinə nisbətən gələcək kosmik proqramlar üçün mühüm informasiyalara malik ola bilər.

Teqlər