Yan 05, 2019 18:58 Asia/Baku
  • ABŞ-ın Kaliforniya ştatında atışma
    ABŞ-ın Kaliforniya ştatında atışma

ABŞ polisi və mediyaları Kaliforniyanın Turans adlı sahil şəhərində ölümcül atışmadan xəbər veriblər.

AP-nin verdiyi məlumata görə, Amerikan rəsmilər və mediya bildirib ki, Turans şəhərinin Bulinq zalında baş vermiş atışmada bir neçə nəfər həlak olub. 

Bu məlumata görə, Turans şəhərinin polis idarəsi sakinlərə ərazidən uzaqlaşmalarını tövsiyə edib. 

Amerikan rəsmilər Los-Anclesin 32 kilometrliyində yerləşən bu sahil şəhərində atışmanın təfərrüatına toxunmayıblar. 

İldə minlərlə adam Amerikanın müxtəlif bölgələrində atışmalar nəticəsində həlak olur. 

Silah satışının böyük gəliri və Amerikada silah lobbisinin geniş nüfuzu silah daşıma qanunlarının sərtləşməsinə mane olur. 

Teqlər