Yan 12, 2019 18:07 Asia/Baku
  • Fransada
    Fransada "Sarı jiletlilər"in aksiyalarının yeni mərhələsinə start verilib

Fransa xalqı sarı jiletlilər hərəkatı adlandırılan etirazların davamında bu ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları keçirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu gün 9-cu şənbə olaraq sarı jiletlilər Fransanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçiriblər. 

Bu məlumata görə, Parisdə Bastil bölgəsində etirazçılar prezident Emanuel Makrona qarşı şüarlar səsləndiriblər. 

Fransanın Lion şəhərində də etirazlar başlanılıb. 

Ötən həftə də Fransanın müxtəlif şəhərlərində 50 minə yaxın insan küçələrdə etiraz aksiyalarında iştirak etmişdi. 

Teqlər