Yan 12, 2019 18:55 Asia/Baku
  • Parisdə partlayış
    Parisdə partlayış

Fransanın daxili işlər naziri Paytaxt Paris şəhərində qaz partlayışı nəticəsində 4 nəfərin ölümündən xəbər verib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Fransanın Daxili İşlər Naziri Kristof Kastaner bildirib ki, qaz sızması nəticəsində baş verən partlayışda 4 nəfər ölüb və 20 nəfər yaralanıb. 

Bu məlumata görə, partlayış bir çörəkxanada qazın sızması nəticəsinə baş verib və ətrafdakı bir neçə avtomobilin də xəsarət almasına səbəb olub. 

İlkin məlumatlara görə, yaralananların sayı 36 nəfərdən ibarət idi, onlardan 4-ü o sıradan da 2 yanğınsöndürən yaraların ağırlığı üzündən dünyalarını dəyişiblər. 

Fransa polisi bu partlayışın terror aktı olması yaxud qəsdən törədilməsi barədə hələ məlumat yaymayıb. 

Teqlər