Yan 13, 2019 11:19 Asia/Baku
  • nin onun barəsindəki təhqiqatlarına reaksiya veri
    nin onun barəsindəki təhqiqatlarına reaksiya veri

Amerika prezidenti bu ölkənin Federal Təhqiqat Bürosu-FTB-nin onun özü və Rusiya ilə ehtimal olunan əlaqələri barədə təhqiqatlarının başlanmasına reaksiyada həmn orqanın başçılarını kəskin şəkildə tənqid edib.

Donald Tramp bir twitt-də Nyu-York Tayms qəzetində dərc edilmiş bir xəbərə sərt reaksiya veribdir. Həmin xəbərdə deyilir ki, Amerika Federal Təhqiqat Bürosu bu idarənin sabiq direktoru Ceyms Kominin vəzifəsindən çıxarılmasından sonra Trampın Rusiya ilə gizli əməkdaşlığı ehtimalı barədə təhqiqatlara başlayıbdır.

Tramp yazıb: Bu barədə təhqiqat üçün heç bir dəlil və sənəd yoxdur, amma Federal Təhqiqat Bürosunun sabiq pozğun rəhbərləri heç bir dəlil və sənədin olmadığı bir halda, onun haqqında təhqiqatlara başlamışdılar.

ABŞ prezidenti digər bir twitt-də Rusiyanın 2016-cı il Amerika prezident seçkilərinə ehtimal olunan müdaxiləsi barədə təhqiqat aparan xüsusi müstəntiq Robert Mulleri tənqid edib. Bildirib ki, Ceyms Komi onun ən yaxşı dostu olan Mullerin və on üç əsəbi demokratın tam mühafizəsi altında olub və onlar gizli xəbər və informasiyaların sızması maşınlarıdırlar.

Teqlər