Yan 14, 2019 11:26 Asia/Baku
  • Gürcüstan prezidenti Rusiya ilə diplomatik əlaqələrə
    Gürcüstan prezidenti Rusiya ilə diplomatik əlaqələrə "yox" dedi

Gürcüstan prezidenti hazırda Rusiya ilə diplomatik əlaqələrin bərpa edilməsi üçün lazımi şəraitin olmadığını bildirib.

İRNA-nın məlumatına görə, Gürcüstan prezidenti Salome Zurabişvili Tiflisdə bir mətbuat konfransında deyib: Hal hazırda Rusiya ilə diplomatik əlaqələrin qurulması, dialoqun başlanması və ya istənilən hər hansı bir əlaqə üçün münasib şərait yoxdur. 

Tiflis-Moskva əlaqələrindəki gərginlik 2008-ciildə Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya məntəqələrindəki hakimiyyətini təmin etmək üçün hərbi əməliyyatlara başlamasının ardınca Rusiyanın məsələyə müdaxilə etməsi və Gürcüstana qoşun yeritməsi ilə pik həddə çatdı. 

5 gün davam edən döyüşlərin ardınca Rusiya  Gürcüstanı geri çəkilməyə məcbur edərək, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı. Rusiyanın bu hərəkətinin ardınca Gürcüstan Moskva ilə bütün diplomatik əlaqələrini kəsdi. 

Gürcüstanın hökuməti Rusiyanın bu hərəkəti qarşısında Qərbin xüsusilə NATO-nun Tiflisi himayə etməsini gözləyirdi. 

Amma, Gürcüstan hökumətinin bu gözləntisi özünü doğrultmadı və Qərb dövlətləri xüsusilə də Amerika bu məsələdə Tiflisə lazımi dəstək vermədilər.  

Teqlər