Yan 15, 2019 13:25 Asia/Baku
  • Vaşinqton Post-un Trampın ruslarla əlaqələri barədə yeni rəvayəti
    Vaşinqton Post-un Trampın ruslarla əlaqələri barədə yeni rəvayəti

Vaşinqton Post qəzeti Trampın ruslarla xüsusən 2016-cı il Amerika prezident seçkilərində olan əlaqələri barədə yeni cəhətləri ifşa edibdir.

Bu amerikan qəzetin saytı bu gün yazıb: Amerika prezidenti Donald Tramp Rusiya ilə maliyyə mübadiləsi sahəsində uzun keçmişə malik olduğuna görə, 2016-cı il Amerika prezident seçkiləri rəqabətləri zamanı ruslardan istəmişdi ki, həmin ilin iyulunda demokrat partiyasının prezidentliyə namizədi və özünün əsas rəqibi olan Hillari Klintonun email-lərini hak etsinlər.

Vaşinqton Post əlavə edib: Elə o zaman rus hakerlər Hillari Klintonun şəxsi və təbliğat serverlərinə qarşı kiber hücumu həyata keçirməyə çalışdılar.

Bu qəzet həmçinin Karter Piç, Corc Papa Dupolos, Paul Manfort, Rik Geyts və Maykl Flin kimi şəxslərə şamil olan Trampın seçki komandasının Moskva ilə yaxın əlaqələrinə işarə edərək, bu əlaqələri şübhəli adlandırıbdır.

Teqlər