Yan 15, 2019 14:55 Asia/Baku
  • Çin Ayda araşdırma mərkəzi yaratmaq istəyir
    Çin Ayda araşdırma mərkəzi yaratmaq istəyir

Çin Kosmonavtika Agentliyi bu ölkənin Ay kürəsi üzərində beynəlxalq stansiya yaratmaq qərarından xəbər verib.

Çin Kosmonavtika Agentliyi ötən həftə bu ölkənin kosmik tədqiqat peykinin Ayın qaranlıq tərəfi üzərinə enməsindən sonra bildirdi ki, gələcək tapşırıqlarda əsas proqram, Ay üzərində bir beynəlxalq tədqiqat stansiyası üçün təchizatların sınaqdan keçirilməsi olacaqdır.

Çin 2019-cu il yanvarın üçündə Ayın qaranlıq tərəfinin üzərinə bir kosmik tədqiqat peyki endirmək sahəsində birinci ölkəyə çevrilərək, kosmonavtika sahəsində böyük bir addım atıbdır.

Təqribən bir ay bundan qabaq Si Tsiyan şəhərindəki kosmodromdan kosmosa buraxılmış bu çin lunoxodu Ay kürəsinə səfərə başlayıbdır.

Bu tədqiqatçı lunoxod "E-4 Tsiyan" adlanır.