Yan 15, 2019 19:06 Asia/Baku
  • Tramp
    Tramp "antisemitizm ilə mübarizə" adlı bir layihə imzalayıb

ABŞ prezidenti Avropa dövlətlərinin həmkarlığı ilə Amerikanın daxili və xaricindəki yəhudi icmalarının qorunması adı altında olan bir layihə imzalayıb.

Ağ Ev bildirib: Amerika prezidenti Donald Tramp Avropa dövlətlərinin həmkarlığı ilə "Amerikanın daxili və xaricindəki yəhudi icmalarının qorunmasının gücləndirilməsi" istiqamətində  2017-ci ilə aid olan "antisemitizm ilə mübarizə" layihəsini imzalayıbdır. 

Bu layihə ABŞ dövlət departamentinin qarşısına vəzifə qoyur ki, antisemitist hadisələrlə mübarizə məqsədilə Avropa polis agentlikləri və vətəndaş qrupları ilə həmkarlıq istiqamətində Amerikanın atdığı addımlar barədə hesabat versin.

Analitiklərin qənaətincə, Amerikanın və Qərb ölkələrinin bu kimi addımları sionist rejimə və bu rejimin fələstinlilərə qarşı cinayətlərini ört-basdır etmək üçün müxtəlif ölkələrdə etdiyi hərəkətlərinə dəstək üzrə bir səydir.

 

Teqlər