Yan 15, 2019 20:09 Asia/Baku
  • Zimbabvedə çaxnaşmalar davam edir
    Zimbabvedə çaxnaşmalar davam edir

İnformasiya mənbələri Zimbabve küçələrində aksiyaların, eləcə də etirazçılar və təhlükəsizilk qüvvələri arasındakı toqquşmaların davam etməsindən xəbər verirlər.

Zimbabve təhlükəsizlik qüvvələri bu gün bu ölkənin paytaxtı Harare şəhərinin küçələrində geniş şəkildə yerləşiblər. Vertolyotlar da yanacaq qiymətinin artmasına qarşı çıxan etirazçılara tərəf gözyaşardıcı qaz buraxmaqdadırlar.

Deyilənlərə görə, indiyədək beş nəfərin ölümü ilə nəticələnmiş bu çaxnaşmalar Zimbabve prezidenti Emmerson Mnanqaqvanın göstərişi ilə yanacaq qiymətinin dəhşətli dərəcədə artırılmasından sonra başlanıbdır.

Ötən iki gündə Zimbabvedə etirazların şiddətlənməsilə banklar və məktəblər də bağlanıbdır.