Yan 16, 2019 11:32 Asia/Baku
  • Britaniya parlamenti
    Britaniya parlamenti "Brexit" anlaşmasını rədd etdi

Britaniya parlamenti 432 əleyhinə səslə "Brexit" anlaşmasını rədd etdi. Parlamantdə keçirilən səsvermədə "Brexit" anlaşmasının lehinə sadəcə 202 səs verilib.

Fars xəbər agentliyinin bildirdiyinə görə, "Brexit"lə bağlı səsvermə 8 gün davam edən qızğın müzakirələrin ardınca çərşənbə axşamı keçirilib. 

"Brexit" anlaşması Britaniyanın Avropa Birliyindən çıxmasına dair London hökuməti ilə Brüssel arasında aparılan müzakirələrin sonunda əldə edilmişdi. 

Britaniyanın baş naziri bazar ertəsi günü axşam "Brexit" layihəsinin parlamentdən keçməyəcəyi təqdirdə Britaniyanın ciddi problemlərlə üzləşəcəyinə dair xəbərdarlıq etmişdi. 

Tereza Mey Britaniyanın Avropa Birliyindən çıxmasında təxirin yolverilməz olduğunu deyərək, əlavə edib: "Brexit" anlaşmasının parlament tərəfindən ratifikasiya edilməməsi Britaniyanın Avropa Birliyini heç bir anlaşma olmadan tərk etməsi ilə nəticələnə bilər. Bu isə "Brexit"in iflasa uğraması və Britaniyanın Avropa Birliyində qalmasına gətirib çxara bilər. 

Almaniyanın xarici işlər naziri Hayko Mass çərşənbə axşamı deyib: Britaniya parlamenti "Brexit" anlaşması ilə müxalifət edərsə, Avropa Birliyi bu anlaşmaya cüzi dəyişikliyin edilməsi haqda müzakirə apara bilər. 

Britaniya parlamentinin "Brexit" anlaşmasını rədd edilməsi, son iki ili bu anlaşma üzərində çalışan vTereza Mey hökuməti üçün böyük məğlubiyyət sayılır. Bu məğlubiyyət Britaniyada vaxtından əvvəl seçkilərin keçirilməsi ilə nəticələnə bilər.