Yan 16, 2019 11:42 Asia/Baku
  • Hökumətin bağlı qalmasına etirazlar davam edir - Amerikada
    Hökumətin bağlı qalmasına etirazlar davam edir - Amerikada

Yüzlərlə nəfər ABŞ prezidentinin siyasətlərinə və Federal Hökumətin bağlı qalmasına etiraz olaraq Luiziana Ştatında aksiya keçirib.

Edokit portalının bildirdiyinə görə, ABŞ prezidenti Donald Trampın siyasətləri ilə müxalif olan yüzlərlə nəfər Luiziana Ştatının Nyu Orlean şəhərində, Trampın çıxış etdiyi məkanın qarşısında aksiya keçirərək, ona qarşı şüarlar veriblər. 

Aksiya iştirakçıları Trampın Meksika ilə sərhədlərdə divar çəkilməsinə dair proqramını və immiqrantlara qarşı digər siyasətlərini qınayaraq, hökumətin öz fəaliyyətini bərpa etməsini istəyiblər. 

Aksiya iştirakçılarının əllərində daşıdıqları plakatların üzərində "Federal işçilər girov deyillər və heç kim qanundan üstün deyil" şüarı yazılıb. 

ABŞ prezidenti bazar ertəsi günü Nyu-Yorkda etdiyi çıxışında bir daha Meksika ilə sərhədlərə divar çəkilməsi layihəsinin maliyyələşdirilməsini istəyib. 

Teqlər