Yan 16, 2019 13:49 Asia/Baku
  • Britaniya parlamentinin
    Britaniya parlamentinin "Brexit" anlaşmasına "yox" deməsi fərqli reaksiyalara səbəb oldu

"Brexit" anlaşmasının Britaniya parlamentindən keçə bilməməsi Avropada fərqli reaksiyalara səbəb olub.

London və Brüssel arasında əldə edilmiş "Brexit" anlaşması Britaniyanın Avropa Birliyindən çıxmasına dair mexanizmi müəyyən edirdi. 

Avropa Şurasının sədri Donald Tusk çərşənbə axşamı gecə "Brexit" anlaşmasının Britaniya parlamenti tərəfindən rədd edilməsinin ardınca deyib: "Brexit" anlaşmasının Britaniya parlamenti tərəfindən rədd edilməsinin ardınca yeganə müsbət həll yolu Londonun Avropa Birliyində qalmasıdır. 

Avropa Komissiyasının sədri Yan Kloud Yunker isə Tvitter-də yazıb: Britaniyanın tənzimlənilməmiş qaydada Avropa Birliyindən çıxmasına dair təhlükə artıb. 

Fransa prezidenti Emanuel Makron da  Britaniya parlamentinin "Brexit" anlaşmasını rədd etməsinə reaksiya olaraq deyib: Avropa Birliyi bu anlaşma üçün mümkün olan hər şeyi etmişdi. 

Almaniyanın maliyyə naziri Olaf Şulz da deyib: "Brexit"i kədərli bir tele gözləyir. 

Britaniya parlamentinin "Brexit" anlaşmasını rədd etməsi ötən iki ilini bu anlaşmaya sərf edən və bütün etibarını bu anlaşmaya düyünləyən Tereza Mey hökuməti üçün tam bir fiasko sayılır. Bu məğlubiyyət Britaniyada vaxtından əvvəl seçkilərə də yol aça bilər. 

Avropa Birliyi başçıları 25 noyabrda Brüssel iclasında Britaniyanın bu birlikdən çıxmasına dair "Brexit" anlaşmasını təsdiq etmişdilər. 

Bu anlaşmanın qüvvəyə minməsi üçün Britaniya parlamenti də onu təsdiq etməli idi.