Yan 16, 2019 19:13 Asia/Baku
  • Fransada
    Fransada "sarı jilet"lərin etiraz aksiyası davam edir

Frandada prezident Emanuel Makronun siyasətlərinə qarşı "sarı jilet"lərin etiraz aksiyasının səkkizinci həftəsində aksiya iştirakçıları və polis arasında qarşıdurma yaşanıb.

Fransada kapitalizm quruluşu əleyhinə etiraz aksiyalarının səkkizinci həftəsində narazı kütlə ilə Fransa polisi arasında ciddi qarşıdurma yaşanıb. Böhranlı vəziyyət bütün ölkəyə yayılıb.

Naməlum şəxslərin Fransa hökumətinin sözçüsünün evinə hücum etməsinin ardınca Fransa prezidenti Emanuel Makron elə gecə ikən baş nazirin iştirakı ilə fövqəladə iclasın təşkil edilməsini istəyib. Makron yenə də "sarı jilet"ləri xalqdan hesab etməyib.

Aksiya iştirakçılarından biri deyir: "Fransa prezidenti bir diktatordur. İki aydır ki, xalq dözülməz şəraitə etiraz edir. Amma, O, tam həyasızlıqla narazı kütlənin xalqdan olmadığını deyir. Bu rüsvayçılıqdır."

Fransa hökuməti xalq etirazlarının 2019-cu ildə də davam edəcəyini gözləmirdi. Buna görə də bir daha xalqı "dəmir yumruq" ilə sakitləşdirməyə çalışdı.

Bir başqa aksiya iştirakısı deyir: "Bu etirazların səbəbi Fransa hökumətinin özünü korluğa və karlığa vurmasıdır. Olsun. Biz də etirazlardan əl çəkməyəcəyik."

Rəsmi mənbələrdə 2019-cu ilin ilk "qara şənbə"sində etiraz aksiyasında iştirak edənlərin sayı 50 min nəfər elan edilib.  Amma, "sarı jilet"lər cərəyanı bu rəqəmin daha çox olduğunu bildirirlər.

Aksiya iştirakçılarından biri deyir: "Mən kapitalizm quruluşuna etiraz edənlərdən biriyəm. Digər aksiya iştirakçıları və bütün Fransa vətəndaşları kimi. Bu, bizim prezidentimizdir. Makron. Taleyinin necə olacağını gözləyirik."

Kapitalizm quruluşu ilə müxalif olanlar vahid düşüncəyə malik olmasalar da, Makronun hakimiyyətdən getməsi onların ortaq istəyidir: "Makron getməlidir. O, artıq bizim prezidentimiz deyil. O, öz varlı dostlarına görə Fransa xalqının heysiyyətini tapdalayıb."

Fransa 8 həftədir ki, böhran içindədir. Ötən günün tələfatına işarə olunmasa da, indiyə kimi Fransada hökumət əleyhinə etirazlarda 10 nəfər həlak olub, 7500 nəfər isə yaralanıb və ya həbs edilib.

Parisin Şanzelize prospekti hələ də xalq etirazlarının başlıca səngəri sayılır.