Yan 16, 2019 20:50 Asia/Baku
  • Çin ABŞ-a müdaxilə etdi
    Çin ABŞ-a müdaxilə etdi

Çin silahlı qüvvələri Baş Qərargah rəisi ABŞ-ın yüksək səviyyəli hərbi rəsmisi ilə görüşdə əcnəbi ölkələrin Tayvanın daxili məsələlərinə müdaxiləsinə dair xəbərdarlıq edib.

General Li Ju Çenq deyib: Tayvan Çinin daxili məsələsidir. Çinin maraqları və Çin xalqının hisslərini əhatə edir. Çin heç bir ölkəyə xarici müdaxilə icazəsi vermir. Əgər hər hansı bir ölkə Çini Tayvandan ayırmağa çalışarsa, ordumuz nəyin bahasına olursa olsun milli birliyi qoruyacaq, Çinin ərazi bütövlüyü və milli hakimiyyətini müdafiə edəcək. 

O, ABŞ-a xitabən deyib: Çin və ABŞ orduları bir-birinə hörmət etməli və qarşılıqlı etmadın gücləndirilməsi ilə ikitərəfli əlaqələri təhlükələrə uyğun şəkildə möhkəmləndirməlidirlər. Həmçinin, Çin və ABŞ arasında əlaqələrin möhkəmləndirilməsi yolunda hərbi əməkdaşlıqları artırmalıdırlar.