Yan 17, 2019 17:38 Asia/Baku
  • Trampın vəkili Rusiya ilə əməkdaşlığı etiraf etdi
    Trampın vəkili Rusiya ilə əməkdaşlığı etiraf etdi

ABŞ prezidentinin vəkili Trampın seçki kampaniyasında olanların Rusiya ilə əməkdaşlığa malik olmaları ehtimalını istisna etməyib.

ABŞ prezidenti Donald Trampın vəkili Rudi Culyani çərşənbə günü axşam CNN kanalına verdiyi müsahibədə deyib: Mən heç vaxt Trampın və onun seçki komandasının Rusiya ilə gizli anlaşmasının olmadığını deməməşiəm. Mən belə bir ifadə işlətməmişəm.

Culyani tam qəti formada Tramp və onun seçki komandasının Rusiya ilə gizli anlaşmasının olmadığını deyə bilməyəcəyini bildirib. 

Bu məlumata görə, Rusiyanın 2016-cı il Amerikada prezident seçkilərinə müdaxiləsi işini araşdıran Roberd Müler öz araşdırmalarında Trampın seçki öncəsi açıqlamalarını və prezident seçildikdən sonrakı çıxışlarını diqqətlə analiz etməklə məşğuldur. 

Nyu-York Tayms qəzeti ötən həftə bildirib ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu Trampın Rusiyanın adamı olması ehtimalı barədə araşdırmalara başlayıb. 

Teqlər