Yan 18, 2019 13:23 Asia/Baku
  • Sanders: Dünya müstəbid səud rejimini cavabdeh etsin
    Sanders: Dünya müstəbid səud rejimini cavabdeh etsin

Amerikanın Vermont ştatından olan senator deyib: Amerikanın və dünya ictimaiyyətinin müstəbid səudiyyə ərəbistanı rejimini cavab verməyə məcbur etmələrinin vaxtı gəlib çatıbdır.

Berni Sanders dünən twitter-də yazıb: Ərəbistan vəliəhdi Muhəmmd bin Salmanın tərəqqipərvər islahatçı kimi alqışlandığı bir halda, onun, fəalları həbsə atmaq, işgəncə vermək və qətlə yetirmək sahəsindəki rekordu başqa bir reallıqdan xəbər verir.

Ərəbistanda insan haqlarına qarşı fəaliyyətlər Muhəmməd bin Salmanın vəliəhd olması ilə nəzərəçarpacaq artıma malik olubdur.

Səud rejimi müxaliflərinin həbsə salınmaları, işgəncə edilmələri və qətlə yetirilmələri, həmçinin Yəmənə hücum daima beynəlxalq ictimaiyyət tərəfindən pislənilən bin Salmanın insan haqlarına zidd fəaliyyətlərinin ən bariz numunələridir.

Human Rights Watch təşkilatı 2018-ci ildə Ərəbistanı minlərlə nəfəri mühakimə etmədən illər boyu məhbəslərdə saxlamaqda ittiham edibdir.

Bu təşkilatın məlumatına görə, bəzi məhbuslar hökm olmadan hətta on ildən çox ərəbistan məhbəslərində saxlanılıblar.