Yan 18, 2019 16:29 Asia/Baku
  • İngiltərə dövləti süqut ərəfəsində
    İngiltərə dövləti süqut ərəfəsində

Tereza Meyin layihələri bir-bir İngiltərə parlamenti üzvlərinin müxalifəti ilə üzləşibdir. Bu dəfə Tereza Meyin layihəsi müxalif partiyaları kömək və dialoqa dəvət üçün olubdur. Görəsən, bu layihə müsbət cavab verəcəkmi?

İngiltərə parlamentində gediş-gəlişlə dolu, iltihablı və qalmaqallı bir həftə.

Bu həftədə bir baş nazirlə müxalifət rekordu onda sındırıldı.

Dövlətin Avropa Birliyi ilə iki il yarımlıq müzakiəsinin məhsulu parlament üzvlərinin şapalağı ilə iflasa uğradı.

Baş nazirin ləyaqətsizliyi layihəsi səsə qoyuldu. Dövlət süqut ərəfəsində durdu və ikitirəliklər daha da dərinləşdi. Amma bu xərclər breksitdən irəli gələn çatışmazlıqları sahmana sala bilmədi.

Yeni razılaşma təqdim etmək tapşırığı almış İngiltərənin baş naziri yanvarın 29-da səsə qoyulması üçün qarşıdan gələn bazar ertəsi günü öz razılaşmasının külliyyatını parlamentə təqdim etməlidir: Öncəki razılaşma parlament üzvlərinin geniş müxalifəti ilə üzləşdi. Bütün seçimləri araşdırırıq ki, breksitin icrası və xalqın istəyi üçün bir yol tapmış olaq. Xalq ötən günlərdəki hadisələri səbatsızlaşdırıcı hadisələr hesab edir.

Tereza Mey həmçinin digər partiyaları dialoqa və köməyə çağırdı: Baş nazir bac almaq niyyətindədir və ölkəni uçuruma doğru aparır. Ölkə böhranının həlli üçün yalnız ümumi seçkilər keçirilməlidir.

İngiltərədə breksit üstündə ləngimənin və çoxtirəliyin olduğu bir halda, cəbhənin o tayında, yəni Avropa Birliyində reaksiyalar sürətli və ahəngdardır.

Fransa prezidenti Makron deyibdir ki, İngiltərə xalqı bir yalan əsasında breksitə səs veribdir. Bu mövqeyi digər avropalı rəsmilər başqa formalarda bəyan ediblər: Bu mənalı rəy göstərdi ki, İngiltərə parlamenti üzvlərinin əksəriyyəti Avropa Birliyi ilə daha dərin əlaqələrin tərəfdarıdır.

Qarşıdakı günlər və həftələr İngiltərənin baş naziri üçün daha çətin olacaq. İndi hər zamadakından dah çox Avropa Birliyində və İngiltərə parlamentindəki breksit müxaliflərinin yaxınlaşması daha çox aşkar olubdur.