Yan 18, 2019 19:16 Asia/Baku
  • Rusiyada hava qəzası; Suxoy-34-ün uçuşuna qadağa qoyulub
    Rusiyada hava qəzası; Suxoy-34-ün uçuşuna qadağa qoyulub

Rusiyada iki ədəd Suxoy-34 qırıcısının toqquşması qəzasından sonra bu ölkənin müdafiə nazirliyi bu tipli təyyarələrin ölkə boyu uçuşunun dayandırılması barədə göstəriş veribdir.

Rusiya müdafiə nazirliyinin başçıları bildiriblər ki, bu gün səhər Suxoy-34 tipindən olan iki ədəd təyyarə Rusiyanın Uzaq Şərq nöqtəsində, Yapon dənizi sularının səmasında nümayiş uçuşu həyata keçirərkən bir-biri ilə toqquşub və onlardan biri süqut edibdir.

Bu təyyarənin pilotu və pilot köməkçisi süqutdan qabaq özlərini çölə atıblar.

İkinci təyyarə də daha az zərər çəkərək, Rusiyanın Uzaq Şərq bölgəsindəki hava bazasına enibdir.

Suxoy-34 qırıcı-bombardmançı təyyarəsi Rusiyanın modern təyyarələrindən sayılır.

Teqlər